ETSN kollektivi şəhidlərin əziz xatirəsini yad etdi
Bizi izləyin

Sosial

ETSN kollektivi şəhidlərin əziz xatirəsini yad etdi

27 sentyabr Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Zəfər parkında və İkinci Fəxri xiyabanda olub.

Publika.az xəbər verir ki, nazirliyin əməkdaşları Zəfər parkındakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla anıb.

Daha sonra İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları önünə gül dəstələri düzülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm