Sosial
DİN-dən xəbərdarlıq: Nələrə diqqət etməlisiniz?
Daxili İşlər Nazirliyi bir daha vətəndaşları şəxsi və bank kartı məlumatları ilə bağlı təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Elşad Hacıyev bildirib.
"Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?
- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;
- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;
- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın", - o qeyd edib.
-
Sosial29 Sentyabr 23:15
Arıq və qısaboy çağırışçıların NƏZƏRİNƏ: bu halda...
-
ABŞ29 Sentyabr 23:03
Tramp uduzsa, görün nələr olacaq...
-
Sosial29 Sentyabr 20:48
Bu yağın satışı hər yerdə QADAĞAN EDİLDİ - İnanılmaz zərərləri ortaya çıxdı
-
Yaxın Şərq29 Sentyabr 18:12
Nəsrullahla birgə öldürülən "Hizbullah" liderlərinin adları AÇIQLANDI
-
Sosial29 Sentyabr 17:20
Əjdər İsmayılov vəfat etdi
-
Sağlamlıq29 Sentyabr 16:50
Siqaretdən daha təhlükəli 5 qida
-
Ekopublika.az29 Sentyabr 15:10
İş adamının sərvəti bir gündə 17 milyard dollar ARTDI
-
Köşə29 Sentyabr 14:40
Xocalı alındı... Sən getdin