Sosial
Bank Avrasiya “əl dəyişdirdi”: yeni səhmdar şirkət kimindir?
Oktyabrın 30-da “Bank Avrasiya” ASC-nin səhmdarları siyahısında dəyişiklik olub. Tribunainfo.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, bankın nizamnamə kapitalının 37.5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılıb.
Eyni zamanda, bankın digər səhmdarı – “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37.5 faiz iştirak payının 12 faizi “Top Properties” MMC-yə, 24.5 faizi artıq 25 hissəyə sahib olan “Azbizneskom” MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.
Bununla da bankın nizamnamə kapitalının 49.5 faizinə “Top Properties” MMC, 49.5 faizinə “Azbizneskom” MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.
Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci ildən fəaliyyət göstərir.
Publika.az xəbər verir ki,Tribunainfo.az məsələ ilə bağlı araşdırma apararaq, “Top Properties” MMC kimə məxsus olmasını dəqiqləşdirməyə çalışıb. Açıq mənbələrdə qeyd edilir ki, “Top Properties” MMC 29 yanvar 2020-ci ildə 24 milyon 62 min 310 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Vasif Əfi oğlu Məcnunovdur. “Top Texnoloci” MMC və “Modern Texnoloci & İnvestments” MMC-nin birləşməsindən yaranan şirkət, elə həmin il keçmiş
deputatı və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC-ni də özünə birləşdirib.
Lakin açıq mənbələrdən belə görünür ki, 2020-ci ilin yayında “Top Properties” MMC PAŞA HOLDİNG-in nəzarətinə keçib. Yeni şirkətə isə Araz Ağayev rəhbərlik edir. A.Ağayev Paşa Holding-də rəhbər şəxslərdən biri kimi tanınır.
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır











.jpg)






.png)



















