Sosial
“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari ilin 11-22 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Publika.az “Azərişığ”a istinadən xəbər verir ki, Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah, yerli struktur bölmələr üzrə işçi qrupları yaradılaraq, tədbirin keçiriləcəyi bütün məkanların, ölkəmizə gələcək nümayəndə heyətləri və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxana, yaşayış kompleksləri və digər obyektlərin fasiləsiz, yüksək keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına dair operativ tədbirlər həyata keçirilir.
Həmçinin “Azərişıq” ASC və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiyalı və yüksək səviyyədə təşkil edilməsi məqsədilə mərkəzi Qərargah və yerli sruktur bölmələrdən ibarət yaradılmış işçi qruplarının əlaqələndirilməsi təmin edilmişdir.
Bundan əlavə “Olimpiya Stadionu” yarımstansiyasının elektrik təchizatı sxemin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının birgə iştirakı ilə təmin olunmuşdur. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treyniqlər və əks-qəza məşqlərinin keçirilməsi təmin edilmişdir.
Bakı şəhəri başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə “199” Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini gücləndirilmiş iş rejiminə uyğunlaşdırmışdır. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal “Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzi, rəsmi “Facebook” və “İnstagram” səhifələrinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
-
Sosial17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
-
Rəsmi xronika17:12
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO