Sosial
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
Prezident 5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verib.
Publika.az Unikal.az-a istinadən xəbər verir ki, onlardan biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini Azər Aydın oğlu Məmmədovdur.
General rütbəsi verilən Gündüz Əliş oğlu Əbdülov isə Azərbaycan Milli Müdafiə Universitetinin rektorudur. O, bundan əvvəl TƏBİB-in Aparat rəhbəri, daha sonra isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifələrində çalışıb.
Ali hərbi rütbə verilən Ələkbər Məhəmməd oğlu Cahangirov isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.
Azər Əlövsət oğlu Qasımov da Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. O, İkinci Qarabağ müharibəsində iştirak edib.
Adıçəkilən şəxslərlə yanaşı, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verilib.
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar













.jpg)






















.jpg)