Sosial
“Temu” vətəndaşları belə aldadır
Onlayn satış platformalarından məhsul sifarişləri gündən-günə artmaqdadır. Bu vətəndaşlar üçün müəyyən rahatlıqlar yaratsa da, bir çox hallarda müxtəlif problemləri də özü ilə gətirir. Azərbaycanda da xeyli məşhurlaşan "Temu" platforması ilə bağlı narazılıqlar özünü göstərir. Şikayətlərin başlıca səbəbi sifariş olunan məhsulun eynisinin göndərilməməsi və yaxud xarab və sınıq göndərilməsidir.
Bu hallarda vətəndaşlar nə etməlidir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda "Temu" platforması müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur:
"Əslində, internet üzərindən satış platformaları artdıqca keyfiyyət yüksəlməlidir. Təəssüf ki, əksidir. Bunu Azad İstehlakçılar Birliyinə gələn şikayətlər gəlir. Məsələn, "Temu" ilə bağlı edilən sonuncu şikayətdə vətəndaş qalın tava reklamına aldanıb və sözügedən məhsulu sifariş edib. Lakin göndərilən mal qızılı rənglə boyanmış nazik və aliminium tava olub.
Digər bir şikayətdə isə şəxs bəyəndiyi saatı alıb və göndərilən sadəcə boş şəkil olub. Yəni bazara yeni daxil olan "Temu" müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur.
Ümumiyyətlə, internet üzərindən satışlar zamanı istehlakçı hüquqlarının pozulması geniş formada davam edir. İstehlakçı reklama baxır və ona uyğun məhsul sifariş edir, lakin gələn mal onun tələbatını ödəmir. Bu zaman dəyişmək və qaytarmaq istədikdə problemlə üzləşir. İkinci halda isə istehlakçı hansısa məhsulu sifariş verir və bu zaman bəzi hallarda məhsul itirilir. Bundan sonra həmin məhsulu axtarmaq istehlakçı böyük problemlər yaşayır. Digər bir halda isə mal bəzən sınmış formada gəlib çıxır".
Eyyub Hüseynov qeyd edib ki, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir:
"İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələlərdə həddən artıq zəiflik göstərir. Bütün bunların da əsas səbəbi odur ki, "İstehlakçıların hüquqları haqqında qanun" 1995-ci ildə qəbul olunub, lakin yeniliklərlə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Bu vəziyyət biznes qurumlarının sui-istifadə etməsinə gətirib çıxarır.
Bir sözlə, istehlakçı hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi deyirəm, internet platformasından heç vaxt dərman almayın. Belə dərmanların təxminən 70 faizi keyfiyyətsiz olur. Kuryerlərdən məhsulu götürən zaman mütləq şəkildə kassa çeki alınmalıdır. Eyni zamanda, məhsullarla bağlı zəmanət talonu tələb edilməlidir. Vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman "195" qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə və yaxud Azad İstehlakçılar Birliyinə yazılı müraciət edə bilərlər".
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 21 Oktyabr 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?




































