Sosial
Qazanın, soyuducunun içinin yoxlanması... - Nazir cavab verdi
Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat bildirib ki, ola bilər ki, həmin ailəyə kimsə bir kisə un, bir kisə kartof gətirib:
“Aydındır ki, bu sizin göstərişiniz deyil, amma bu tip məsələlər insan ləyaqətini alçaldır”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna cavab olaraq bildirib ki, qazan, soyuducu yoxlanılmasından söhbət gedə bilməz:
“Əyani müayinənin iki məqsədi var: birinci, ailənin tərkibi ilə bağlı, ikinci məqam isə həmin ailənin məişət şəraitinin rəsmi gəlirləri ilə uyğunluğu. Bütün müayinələr video-çəkilişlə çəkilir. Bir çox hallarda bu mexanizmi sui-istifadə edənlər olur”.
-
Sosial22:20Azərbaycanda bu şəxslərə əsgərliyə gedəndə 3500 manat veriləcək
-
Nida Xəbər 21:52ABŞ azərbaycanlı milyarderə sanksiya tətbiq etdi
-
İdman21:00"Qarabağ" - "Nyukasl" matçının saatı açıqlandı
-
Nida Xəbər 20:24Ceyhun Salmanov barəsində qərar verildi - YENİLƏNDİ
-
Ekologiya20:12Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Hava kəskin dəyişəcək
-
Nida Xəbər 19:50Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Hadisə18:55Azərbaycanda vulkan püskürdü
-
Magazin118:50Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR






.jpg)


.jpg)

.jpg)
















.jpg)





