Sosial
İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPPKOM) 8-ci sessiyası keçirilib.
Ekologiya və Təbii Sərvətər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, sessiyada iqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılması məsələsi müzakirə edilib.
İranın təşkilatçılığı ilə onlayn formatda keçirilən KASPKOM-un 8-ci sessiyasında Azərbaycanın Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti də iştirak edib.
Qeyd edilib ki, tədbir zamanı təşkilata üzv ölkələrin milli hidrometeorologiya qurumlarının nümayəndələri Xəzər dənizində aparılan hidrometeoroloji müşahidə işlərinin nəticələrini müzakirə ediblər.
Tədbir iştirakçıları tərəfindən iqlim məsələləri üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi üzrə iqlim bülletenləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə mənfi təsirləri xüsusi vurğulanıb.
Sonda KASPKOM-un növbəti 9-cu sessiyasının Qazaxıstanda ənənəvi formatda keçirilməsi qərara alınıb.
-
Hadisə09:32Sərhədçilərimiz PUA zərərsizləşdirdi - FOTO
-
Hadisə09:21Naxçıvanda 3 nəfərin öldüyü istirahət mərkəzinin sahibinə hökm oxundu
-
ABŞ09:00Qorxunc proqnozdan sonra sakinlər mağazalara axışır: ərzaq və su ehtiyatı toplayırlar
-
Sosial08:55Azərbaycanda satılan saxta krevetkalarla bağlı RƏSMİ AÇIQLAMA - FOTO
-
Sosial08:45Kəndlərdə işıq, qaz, su ucuz olacaq? - Bu halda reallaşa bilər
-
ABŞ08:15İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik - Pentaqon
-
Sosial07:15Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
-
İdman03:19Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi








.jpg)













.jpg)









