Sosial
İcmadan Fransa telekanalının türkləri təhqir etməsinə - REAKSİYA
Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanmışdır.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanatında bildirilib.
Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq.Yalandan özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan dəm vuranlar Azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilmişdir. Təəssüf ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir və cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir.
Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, anti-Azərbaycan nifrətinin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də Fransa siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir.
-
Yaxın Şərq10:00SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı
-
İdman09:50Gürcüstan millisində görünməmiş fırıldaq
-
MDB09:40Kiyev raketlərlə vuruldu, ölənlər var
-
Sosial09:30Əmək bazarında yeni dinamika - Daha işçiyə ehtiyac yoxdur?
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı

































