Sosial
Saxta diplom və sertifikatlarla işləyən həkimlərin qurbanlarının sayı artır - VİDEO
Saxta diplom və sertifikatlarla fəaliyyət göstərən həkimlərin qurbanı olanların sayı artır.
Publika.az xəbər verir ki, bəzilərinin tibbi ixtisası fərqlidir. Məsələn, ginekoloqdur, amma plastik-estetik cərrah kimi fəaliyyət göstərir. Bəzilərinin isə ümumiyyətlə tibb təhsili yoxdur, amma qanunsuz yollarla əməliyyatlar icra edir. Elə bu səbəbdəndir ki, əməliyyatdan çıxanlar ya yarıcan olur, yada dünyasını dəyişir.
İnsanların estetik əməliyyatlara daha çox müracət etdiyini görən bəzi həkimlər ixtisaslarını saxta yollarla dəyişməyə başlayıblar. Qanunuz yolla diplom və sertifikatlar alırlar. Bu “cərrahlar”ın aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarında araşdırma başladılıb. Araşdırma zamanı məlum olub ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmişlər şikayətini geri götürür ki, həkimlə arasındakı problemi həll edilib.
Baş Prokurorluqdan isə bildirilib ki, bu məsələ ilə bağlı çoxsaylı vətəndaş müraciətləri var və prokurorluq bu müraciətləri araşdırır.
Azərbaycanda rezidenturaya plastik cərrahiyyə ixtisası 2017-ci ildən əlavə edilib və plastik cərrahiyyə üzrə rezidentura təhsili almaq üçün 5 il müddət göstərilib. 2017-ci ildən bu yana ixtisas üzrə cəmi 3 nəfər məzun olub. Hazırda isə bu ixtisas üzrə cəmi 7 nəfər təhsil almaqdadır. Onu da bildirək ki, mələsə ilə bağlı Səhiyyə Nazirliyindən mövqe almaq istəsək də, suallarımız cavabsız qaldı (Xezerxeber.az).
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi













.jpg)





















