Sosial
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
Bir neçə gündür ki, şagirdlərin, tələbələrin müəllimlərə şokolad vermə trendi ölkə gündəmini zəbt edib. Qeyd etmək lazımdır ki, bu hərəkət bir neçə dəqiqəlik də olsa, izləyənlərin üzündə təbəssüm yaradır, özlərini xoşbəxt hiss etmələrinə səbəb olur. İllərdir məktəblərdə hansısa şagirdin müəllimlə mübahisəsinin, hansısa müəllimin şagirdlərə pis davranmasının, bir sözlə müəllim-şagird qalmaqallarına dair neqativ videoların şahidi oluruq. Bu görüntülərdə isə müəllimlərlə şagirdlərin, tələbələrin bir-birlərinə qucaq açması, sevgi göstərməsi olduqca sevindirici haldır. Bəlkə də bu trend məktəblərdə korlanmış müəllim-şagird münasibətlərinin yaxşılaşmasına, şagirdlərin müəllimləri sevməsinə, onlara hörmət etməsinə töhfə verə bilər.
Publika.az həmin trenddən daha maraqlı və fərqli olanlarını oxucuları ilə bölüşür:
Birinci videoda məktəbdə şagirdlərin müəllimə şokolad verməsi əks olunub.
Bu videoda isə digərlərindən fərqli olaraq müəllim şagirdlərə şokolad paylayıb.
Aşağıdakı videoda şagirdlər məktəbin xadiməsini “şokolad yağışı”na tutub. Şagirdlərin bu hərəkəti xadimənin sevincinə səbəb olub.
Ötən gün paylaşılan bu video isə daha maraqla qarşılanıb. Şagirdlər müəllimə şokolad yox, oxuduqları maraqlı kitabları hədiyyə ediblər. Bu görüntülər də izləyicilər tərəfindən bəyənilib və tədqirəlayiq hesab edilib.
Baş verənlər əksəriyyət tərəfindən xoş qarşılansa da, bəzilərində qıcıq yaradıb.
"Bu şokolad məsələsi ən mənasız trend oldu. Təhsil ocağından təhsil və nailiyyət xəbərləri, videoları yayılmalıdır, bir-birini təkrarlayıb şitini çıxartmaq nəyə lazım idi?”- deyə mənfi fikir bildirənlər az olmayıb.
Qeyd edək ki, tanınmış şəxslər də məsələyə fərqli münasibət sərgiləyiblər.
Məsələn, təhsil eksperti Kamran Əsədov “şagirdin əlindəki telefon “əlimizi” və “like”mızı doldurursa, məktəbdə digər hadisələri çəkməsinə də etiraz etməməliyik”, - deyə “Facebook” hesabında belə bir paylaşım edib:
"Bir tərəfdən “şagirdə telefon olmaz, hər şeyi çəkib paylaşır" deyib tənqid edənlər, digər tərəfdən “əlinizi açın, müəllimə!” trendindən şirin bir mənfəət görürlər.
Bir video dərs prosesini nə qədər pozur?
"Şokolad trendləri" müvəqqətidir, amma təhsilin prinsipləri qalıcıdır. Şagirdin müəllimə şokolad yox, hörmət və bilik hədiyyə etməsi daha vacibdir!
Bir dəfə də təhsil, kitab trend olsun da. Hazırıq təhsil müəssisəsində ona aid olmayan işlərlə məşğul olmağa.
Siz hələ təhsilin, dərsin nə olduğunu, mahiyyətini anlamamısız. Sonra da deyirsiniz ki, məktəb elə, müəllim belə, təhsil elə”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə gənclərin belə vasitələrlə müəllimlərə öz sevgilərini, hörmətlərini göstərdiklərini qeyd edib:
“Burada neqativ, qeyri-qanuni heç nə yoxdur. Əgər tələbə müəllimə şokolad verməklə öz sevgisini göstərirsə, deməli müəllim auditoriyada hörmət qazana bilib. Bu trend Azərbaycanda yaranmayıb, xaricdə başladılıb. Vaxtaşırı belə trendlər olur və Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün burada geniş yayılır”.
Təhsil eksperti Elçin Əfəndi isə bu qənaətdədir ki, bu hərəkətin ənənə halını alması və hər dəfə də çəkilib yayılması xoşagəlməz vəziyyət yaradır:
“Texnologiya əsrində yaşayırıq, istənilən situasiyanı çəkib dərhal yaymaq olur. Nə xoş ki, yayımlanan belə bir situasiyadır. Müəllimə şirniyyat verən şagirdlərin olması yaxşıdır. Ümid edirəm ki, bu şirinlik digər “şirinliyə” çevrilməyəcək. Müəllim-tələbə münasibətlərində bu kimi halların sıxıntı yaratmayacağını düşünürəm”.
Gülnar Süleymanova
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var