Sosial
DİN-dən əhaliyə çağırış: Bunu etməyin!
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər:
"Yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.
Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə-naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır".
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi














.jpg)















