Sosial
Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkildi
Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Publika.az-a verilən məlumata görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfov Şabran və Quba rayonlarında keçirilən meşəbərpa tədbirində deyib.
Bildirilib ki, nazirlik rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzləri əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib. Tədbirlər çərçivəsində Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində ümumilikdə 5 mindən çox müxtəlif növ ağac tingi əkilib.
R.Əşrəfov bildirib ki, meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ rayonlarının meşə fondu torpaqlarında da təşkil olunub, gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 35 min ədəd müxtəlif növ ağac tingi əkilib.
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır











.jpg)






.png)



















