"Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi"
Bizi izləyin

Sosial

"Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi"

Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə "German Hospital"dan məlumat verilib.

Bildirilib ki, xəstəxananın mama-ginekoloqu Ləman Əliyeva məlum hadisədən sonra işdən azad edilib:

"Ləman xanımın bizim xəstəxana ilə artıq heç bir əlaqəsi qalmayıb, işdən azad edilib".

Məsələni aydınlaşdırmaq üçün Bakuplus.az-ın əməkdaşı mama-ginekoloq Ləman Əliyeva ilə əlaqə saxlayıb.

L.Əliyeva ona qarşı bu məsələnin sifariş olduğunu söyləyib:

"Mənimlə bağlı yanlış məlumatları hər yerdə tirajlayıblar. Mənə tapılmayan təki iş olsun. Məni tanıyan tanıyır. Hər şey yaxşıdır, narahat olmayın. Olmayacaq "German hospital", olacaq başqa bir klinika.

18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib. Bütün Azərbaycan qarşısında alnım açıq, üzüm ağdır. Bu vaxta qədər mənimlə bağlı şikayət və ya mənfi rəy olmayıb. Heç bir xəstə və işçi ilə problem yaşamamışam".

Ləman Əliyeva yayılan videogörüntülərə aydınlıq gətirib:

"Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi. Allaha həvalə edirəm. Videodan da aydındır ki, mənim xəbərim olmayıb. Bütün xəstəxana bilir ki, mən xəbərsiz idim. Mənim bloger olduğumu bilirlər. Bilirdilər ki, bunu səhifəmdə paylaşacam. Qəsdən etdilər. Allah hər şeyi görür".

Xatırladaq ki, bir neçə gün öncə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm