Sosial
Budur Həcc: Allah bizə deyib ki, 10 min verib Kəbənin ətrafında fırlanaq?
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiyməti məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu barədə yaydığı məlumatda qeyd olunub ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları – 10115 manatdır. Ziyarət vahid formada təşkil edilir və hava nəqliyyatı ilə həyata keçirilir.
Qeyd edək ki, bu qiymətə yol xərci, hotel və səhər yeməyi daxildir. Hətta orada kəsiləcək qurbanların qiyməti də sözügedən məbləğə əlavə edilməyib. Yəni, qalan xərcləri zəvvarlar özləri qarşılayacaq. Bütün bu xərclər də ziyarətçiyə əlavə bir neçə minə başa gələcək.
Publika.az xəbər verir ki, qiymətlərin bu qədər baha olması insanlar arasında narazılıq yaradıb. Tanınmış ilahiyyatçı Elşad Miri də bu məsələyə səssiz qalmayıb. O, bununla bağlı şəxsi hesabında paylaşım edib:
"O qədər sevincliyəm ki... Hamının səbirsizliklə gözlədiyi həccin qiymətləri açıqlandı. Cəmi-cümlətanı 10-ca min manat. Bu qiymətə səhər yeməyindən başqa digər öyünlər daxil deyil. Orada kəsiləcək qurbanların qiyməti də əlavə edilməyib.
İndi, icazənizlə soruşmaq istəyirəm. Həqiqətənmi Allah bizdən bu qədər vəsait verib sadə daşlardan inşa edilmiş Kəbənin ətrafında fırlanmağımızı istəyir? Doğurdanmı Allah bu qədər xərc çəkib gedib orda şeytan daşlamağımızı istəyir? Gerçəkdənmi Allah bizdən bu qədər məsrəfi ödəyib Səfa və Mərvə adlandırılan yerdə qaçmağımızı istəyir? "İbrahim məqamı" deyilən yer doğurdanmı, adıçəkilən peyğəmbərin ayaqlarının izi olduğu iddia edilən və şüşənin içində olan məkandır? Budurmu Həcc? Yoxsa Allahın bizdən istədiyi Həcc başqadı? Fikirləşəkmi?"
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
Dünya8 Dekabr 22:44Bu ölkədə 7,2 bal gücündə zəlzələ oldu: 7 nəfər yaralandı - YENİLƏNDİ
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları
-
Avropa8 Dekabr 19:30Kir Starmer qadağaya məhəl qoymayıb "TikTok" hesabı açdı















.jpg)

.jpg)








.jpg)







