Sosial
Bakıda memarlıq abidəsinə müdaxilənin qarşısı alındı - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib.
Publika.az quruma istinadən xəbər verir ki, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib.
Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.
Buna baxmayaraq 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.
Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.

-
Ekologiya09:25
Bu rayona 79 sm qar yağdı - Faktiki hava
-
Nəqliyyat09:20
Azərbaycanda dəmir yolu marşrutları üzrə sürət həddi endirildi
-
Magazin108:55
Elnur oğluna dəbdəbəli ad günü etdi: məşhurlar axışdı - VİDEO
-
Dünya08:40
Antalyada 28 yaşlı qadın selfi çəkərkən uçurumdan yıxıldı - Video
-
Dünya08:25
Alyaskada itən təyyarə tapıldı: bütün sərnişinlər ölüb
-
Magazin206:46
Ən yaraşıqlı "mafiya başçısı" - Foto
-
ABŞ02:43
Trampın Meksikaya deport etdiyi miqrant sayı açıqlandı - İnanılmaz rəqəm
-
Sosial01:55
“Veteran pulu”nun məbləği ARTIRILACAQ