Vahid Əhmədov səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi - "Bakıdayam"
Bizi izləyin

Sosial

Vahid Əhmədov səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi - "Bakıdayam"

"Səhhətimlə bağlı hər şey qaydasındadır. Barəmdə yazılanların hər biri yalandır".

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.

"Kimin ağlına nə gəlir yazır. Heç bir problem yoxdur. Bakıdayam, indi də ofisimdən çıxıram", - deyə əlavə edib.

Xatırladaq ki, sabiq millət vəkilinin səhhətinin pisləşdiyi və Almaniyada xəstəxanaların birinə yerləşdirildiyi iddia olunurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm