Sosial
DİN-dən yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkələrdə yayılan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, süni intellektin səsli autentifikasiyasından istifadə edərək mətni nitqə çevirən proqramlar vasitəsilə çağırışlar yayılır.
Elşad Hacıyev qeyd edib ki, bu üsulda süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır, bununla da real dələduzluq əməliyyatları həyata keçirilir. Bu cür halların təhlükə yaratdığını vurğulayan nazirlik rəsmisi insanların diqqətli və məlumatlı olmalarının vacibliyini bildirib.
"Xüsusilə tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunmaqla bu cür çağırışlar yayıla bilər. Buna görə də, hər kəs ehtiyatlı olmalı və süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara qarşı xəbərdar olmalıdır", - deyə Elşad Hacıyev əlavə edib.
O qeyd edib, bu cür dələduzluq hallarının qarşısını almağın tək yolu insanların məlumatlı olmaları və ehtiyatlı davranmalarıdır.

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar