Sosial
Yumurta qiymətləri rekord həddə çatdı

ABŞ-da tez-tez rast gəlinən quş qripi epidemiyası səbəbiylə toyuqların kəsilməsi yumurta istehsalına mənfi təsir edib və qiymətləri artırıb.
Publika.az xəbər verir ki, Nyu-York şəhəri və ətrafındakı ərzaq mağazaları müştərilərin yumurta almasını məhdudlaşdırıb, bəzi mağazalarda yumurtanın qiyməti rekord həddə - 10 dollara çatıb.
Nyu-Yorkda bəzi əyalətlərdə quş qripinin qarşısını almaq üçün quş bazarları da müvəqqəti bağlanıb. Bəzi ərzaq mağazaları müştərinin maksimum üç qutu yumurta ala biləcəyini bildirib. Toyuq məhsullarının saxlandığı rəflərin çoxu boşdur.
Bundan əlavə, Amerika mətbuatında yer alan xəbərlərə görə, quş qripinin yenidən ortaya çıxması səbəbiylə 2022-ci ildən bəri ABŞ-da 110 milyon yumurtlayan toyuq məhv edilib. Yumurtalı səhər yeməyi və sendviç satan bəzi restoranlar menyu qiymətlərini artırıb.
Digər tərəfdən, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, son 5 ildə ölkədə yumurta qiymətlərində çox artım var.
Aysel Şahmar

-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu