Sosial
Saxlanılan gəmi heyətimizin ailələri narahatdır: 4 ay olacaq... - VİDEO

Dörd aya yaxındır Eritreya sularında saxlanılan üç gəmimiz və onların ekipaj üzvlərindən ailələri narahatdırlar.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, 2 həftəyə yaxındır onlardan, ümumiyyətlə, məlumat ala bilmirlər. Gəmidəki vətəndaşlarımızın qardaşları, ataları, qayınataları qeyd edirlər ki, qohumları uzun illərdir bu sahədə fəaliyyət göstərir, amma belə hadisə ilk dəfədir ki, başlarına gəlir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, problemlə əlaqədar danışıqlar aparılır, nəticəsinə uyğun olaraq məlumat veriləcək.
Gəmilərin məxsus olduğu “Caspian Marine Services” şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə deyilib ki, Eritreya ərazisində saxlanmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir. Vurğulanıb ki, aparılan danışıqların nəticəsi olaraq gəmilər daha geniş əraziyə malik limana gətirilib, heyət gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir.
Daha ətraflı videoda:

-
MDB12:20
Zelenski qəfil "yoxa çıxacaq", ya da zəhərlənərək... - Rusiya şok detalları yaydı
-
Hadisə12:05
Bərdədə binanın eyvanı uçdu: Qadın dağıntı altında qaldı - VİDEO
-
Rəsmi xronika11:30
Prezident fərman imzaladı
-
Sosial11:20
İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?
-
Müsahibə10:20
Azərbaycanı tanımaq üçün gəldi, kürəkənimiz oldu: Bələdçilikdən dostluğa, dostluqdan sevgiyə - FOTOLAR
-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO