Məmmədəmin Rəsulzadə seçilmədi, nəticələr ləğv olundu - FOTO
Bizi izləyin

Sosial

Məmmədəmin Rəsulzadə seçilmədi, nəticələr ləğv olundu - FOTO

Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında seçicilərin iradəsinin müəyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb.

Publika.az xəbər verir ki, nəticəsi ləğv olunan bələdiyyə üzrə Oğuz rayonu sakini Məmmədəmin Mehman oğlu Rəsulzadənin namizədliyi qeydə alınmış və ilkin elan olunan nəticələrdə o bələdiyyə üzvü seçilməmişdi.

Maraqlı məqam ondadır ki, Məhəmmədəmin Rəsulzadə 28 may 1997-ci il təvəllüdlüdür. Bu tarix isə Azərbaycanın müstəqillik günü – 28 May ilə üst-üstə düşür.

Rəsulzadə Məmmədəmin 2003-2014-cu illərdə Mollalı kənd məktəbində oxuyub. 2014-2018-ci illərdə Baki Dövlət Universiteti Coğrafiya fakultəsində ali təhsil alıb.

2020-ci ildən etibarən sahibkar olaraq fəaliyyət göstərir. 2017-ci ildən VHP-nin üzvüdür. 2021-ci ildən partiya Oğuz rayon təşkilatının sədr müavinidir. ("SavaşMedia")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm