Sosial
İlin ilk “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə martın 15-də “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Nazirlikdən Publika.az-a bildirilib ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar və s.) əldə edə biləcəklər.
Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klaslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.
Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədilə keçirilir.

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır