Sosial
FHN Kürdəmirdə mülki müdafiə məşqi keçirdi - VİDEO

Kürdəmir “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan Kürdəmir “ASAN xidmət” mərkəzinin şəxsi heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.
Məşqdə FHN-in Aran Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası, Kürdəmir “ASAN xidmət” mərkəzinin heyəti, yeri təcili və təxirəsalınmaz tibbi yardım bölməsi iştirak edib.
Məşq zamanı “ASAN xidmət” mərkəzinin şəxsi heyətinin şərti baş vermiş fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyəti simulyasiya edilib, “hadisə yerinə” operativ çatan FHN-in qüvvələri tərəfindən “yanğın-xilasetmə əməliyyatı” icra olunub.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO