Sosial
İlham Əliyev Tedros Adhanom Qebreyesusu qəbul etdi - Yeniləndi

Prezident İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Publika.az xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxunub.
Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulanıb.
xxx
Prezident İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO