Əli Əsədov daha üç qərar imzaladı
Bizi izləyin

Sosial

Əli Əsədov daha üç qərar imzaladı

Nazirlər Kabineti “Fövqəladə ehtiyatların nomenklaturası”nı təsdiq edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bundan başqa, qərarla hökumətin “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə” 27 aprel 2023-cü il tarixli qərarı ləğv edilib.

Dövlət Ehtiyatları Agentliyi və digər məsul saxlayıcılar qərardan irəli gələn məsələləri həll etməlidir.

xxx

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə əlavələr edilib.

Həmin əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təmin edir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.

Hazırlığı AYNA, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təşkil edir və həyata keçirir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.

xxx

Nazirlər Kabineti 5 fevral 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, əhalisinin sayı 300 min nəfərə qədər olan yaşayış məntəqələrində bir, 300 min nəfərdən çox olan yaşayış məntəqələrində isə iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm