Sosial
Lotereya qalibinin inanılmaz şans hekayəsi - Az qala bileti itirmişdi

"Azərlotereya"nın “Beşdə 5” lotereyasında 50.500 manat qazanmış bəxtəvər qalib öz şans hekayəsini izləyicilərlə bölüşüb.
Bakı sakini Möhübbət Balayev ötən ay “Beşdə 5” tirajlı lotereyasında 50.500 manat qazanaraq özü və ailəsinə böyük sevinc yaşadıb.
Ən maraqlısı isə odur ki, öncə Balayev biletdə rəqəmləri səhv qeyd etdiyini düşünüb və onu zibil qabına atıb. Lakin satıcının tövsiyəsi ilə bileti geri götürüb və yüksək məbləğ udduğunun şahidi olub.
Qalibin şans hekayəsi bununla da bitmir. Həmin gün o, evdən çıxan zaman atası yuxuda 1 milyon qazandığını gördüyünü deyib. Möhübbət Balayev isə atasına gülümsəyərək evdən çıxıb və elə həmin gün 50.500 manat udub. O, bu qələbəsini həm də atasının xeyir-duası ilə əlaqələndirib və elə ilk olaraq da sevincini onunla bölüşüb.
Qazandığı məbləğlə övladına ev almağı düşündüyünü qeyd edib.
Qalibin müsahibəsini videodan daha ətraflı izləyə bilərsiniz:

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır