Sosial
Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentlikdən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxşliyi, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində Azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarının gözlənilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

-
Magazin106:16
Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA - VİDEO
-
Hadisə05:45
Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş - VİDEO
-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər