Sosial
Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Baş Elmi Şurasının 2025-ci il 14 yanvar tarixli qərarı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, türk və ingilis dillərində “Professor Yaqub Mahmudov” adlı kitab çap olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən bildirilib ki, nəfis şəkildə çap olunan kitabın elmi redaktoru TDABEA-nın Ankara şəhərində başqanı, professor Hayrettin İvgindir.
Yeni nəşrdə AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşrə, həmçinin görkəmli tarixçi alimin həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.
Bundan başqa, Yaqub Mahmudov TDABEA-nın Mükafat Komitəsinin 2025-ci il 3 fevral tarixli qərarı ilə “Özgürlük” ordeninə layiq görülüb. Akademikə bu orden Türk dünyasının elm və təhsilindəki böyük xidmətlərinə görə verilib.
Xatırladaq ki, Yaqub Mahmudov 2019-cu ildə TDABEA-nın həqiqi üzvü seçilib və həmin akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), Beynəlxalq Atatürk Mükafatı (2019), 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020), “İstiqlal” ordeni (2023) və 2022-ci il üçün “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatı (2023) ilə təltif edilib.



-
Magazin106:16
Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA - VİDEO
-
Hadisə05:45
Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş - VİDEO
-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər