Sosial
İkinci Dünya Müharibəsində iştirak edən 300 min azərbaycanlıdan cəmi bu qədər sağ qalıb

Hazırda Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarından sağ olanların sayı 21 nəfər təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, hər il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən,1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımların ödənişi həyata keçirilir.
"Ötən il sərəncama uyğun olaraq İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib", - DSMF-dən qeyd olunub.
Xatırladaq ki, bu il mayın 9-da İkinci Dünya müharibəsində Qələbənin 80 illiyidir. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhramanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici əhəmiyyət kəsb edib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi