Bakıda gələn aydan böyük söküntü başlayır - VİDEO
Bizi izləyin

Sosial

Bakıda gələn aydan böyük söküntü başlayır - VİDEO

Növbəti aydan etibarən "Sovetsk" adlanan ərazidə söküntünün 4-cü mərhələsinnin başlanacağı ehtimal edilir.

Publika.az xəbər verir ki, bu barədə Xəzər TV məlumat yayıb.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hazırda xüsusilə Bakıda söküntü işləri iki formada aparılır. Bunlardan biri torpaqların dövlət ehtiyacları üçün alınması, digəri isə özəl sektor tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeniləri ilə əvəzlənməsidir.

Qaydalara əsasən, vətəndaşlara evləri sökülən gündən yeni tikilən binada mənzillərlə təmin olunanadək kirayə pulları və köç xərcləri tikinti şirkəti tərəfindən verilir. Ekspertin sözlərinə görə, baş verəcək söküntü işəri bazara təsirsiz ötüşməyəcək.

Qeyd edək ki, söküntü işləri çərçivəsində tarixi-memarlıq abidələrinə toxunulmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm