Sosial
Naxçıvanda su təchizatı texnikasına baxış keçirildi - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Naxçıvan şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.
Bu barədə Publika.az-a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəis müavin Ülfət Kazımov, Naxçıvan şəhər Sukanal İdarəsinin rəisi Samir Baxşəliyev və idarənin əməkdaşları iştirak ediblər.
Ülfət Kazımov bildirib ki, Naxçıvan şəhər Sukanal İdarəsinin tabeliyində 16 ədəd texnika var ki, onlardan 3 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. Ümümilikdə texnikalar qənaətbəxşdir.
İdarə rəisi Samir Baxşəliyev isə qeyd edib ki, Naxçıvan şəhəri üzrə 27 min 160 abonentə xidmət göstərilir. İdarənin tərkibində 4 ədəd qəza-bərpa avtomobili, 4 ədəd ekskvator-traktor, 1 ədəd BMC PRO 625 xüsusi təyinatlı kanal təmizləyən və 2 ədəd özü boşaldan yük avtomobili mövcudur. Qeyd olunan texnikalar vasitəsilə Qəza-bərpa xidməti tərəfindən 24 saat fasiləsiz olaraq əhaliyə xidmət göstərməkdədir.
Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyəti yoxlanılıb.




-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial30 Aprel 17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB30 Aprel 17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 30 Aprel 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil30 Aprel 14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman30 Aprel 13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR