Sosial
Həbsxanalarda daha çox pedofil və təcavüzkarlar var - TƏDQİQAT

Son illər zorakılıq törətməkdə şübhəli bilinərək həbs olunanların sayı azalıb.
Publika.az xəbər verir ki, Rusiyada məhbuslarının son siyahıyaalınmasının nəticələrini təhlil edərkən ekspertlər bu qənaətə gəliblər.
Araşdırmaya görə, son on ildə Cinayət Məcəlləsinin 105-ci (“Qətl”) maddəsi ilə təqsirli bilinərək həbsxanaya göndərilən məhbusların ümumi sayı 51,3%-dən 45,8%-ə qədər azalıb. Ən çox (62%), 30-49 yaş arası kişilər qətl törədirlər. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (Sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinənlərin sayı da 38-dən 29% -ə qədər azalıb.
Qətlə görə həbs olunanların sayının azalması fonunda zorakılıq xarakterli cinsi hərəkətlərə görə məhkum olunanların nisbəti 3 dəfə artıb. Bundan əlavə, ekspertlər ilk dəfə zorakılıq xarakterli cinayət törətmiş məhkumların xüsusi çəkisinin xeyli artdığını, iki və ya üç dəfə məhkum olunmuşların nisbətinin isə azaldığını qeyd ediblər. Eyni zamanda, 7 və daha çox məhkumluğu olan zorakılıq xarakterli cinayətlər törətmiş məhkumların sayı 5 dəfə artıb. Bu o deməkdir ki, insan dəmir barmaqlıqlar arxasında nə qədər çox oturarsa, məhz bu növ cinayəti törədərək ora qayıtmaq şansı bir o qədər çox olur.
Ekspertlər bu kateqoriyadan olan məhbuslara təyin olunmuş cəza müddətlərini də təhlil ediblər. Son illər məhkəmələr onlara qarşı xeyli sərtləşib. Belə ki, əgər 2009-cu ildə qətl törətmiş şəxsin orta cəza müddəti 5 ildən 8 ilədək idisə, son illərdə zorakılıq törətdiyinə görə 10 ildən 15 ilədək azadlıqdan məhrum edilənlərin sayı kəskin artıb (onların sayı 9,9 faizdən 19 faizə qədər), o cümlədən 15 ildən 20 ilədək (2,7 faizdən 2,2 faizə) yüksəlib. Ömürlük azadlıqdan məhrum edilənlərin sayı da 1,2%-dən 1,7%-ə qədər artıb.
Adəm

-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var