Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
Bizi izləyin

Sosial

Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı

"Oğlum Şahin Axundovun həbs olunması barədə informasiyalar tamamilə yalandır".

Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Şərur" Mənzil-Tikinti Korporativinin rəhbəri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) bildirib.

O qeyd edib ki, övladı həbs olunmayıb:

"Bunu dəqiqləşdirmək heç də çətin iş deyil. Daxili İşlər Nazirliyinin saytına və yaydığı rəsmi xəbərlərə baxmaq kifayətdir. Hüquq mühafizə orqanları Şahinin həbsi barədə heç bir məlumat yaymayıblar. Hesab edirəm ki, oğlumun həbsi barədə yayılan xəbər qərəzlidir. Elə olmasaydı bunu mənlə və ya rəsmi qurumlarla dəqiqləşdirərdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm