Sosial
"Yapı Kredi Bank"ın depozit portfelində ciddi geriləmə - Bankdan 147 milyon manat çıxarılıb

Bu ilin birinci rübündə Azərbaycan bank sektorunda bəzi bankların depozit portfellərində nəzərəçarpacaq azalma müşahidə olunub. Statistik göstəricilərə əsasən, ən ciddi geriləmə "Yapı Kredi Bank Azərbaycan" QSC-də qeydə alınıb – bankın depozit portfeli nisbi dinamikada 28%, mütləq dinamikada isə 147.7 milyon manat azalıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, ikinci ən böyük azalma "Bank Respublika" ASC-də baş verib – bankın depozit portfeli müvafiq olaraq 10%, 135,8 milyon manat azalıb. Ardınca ""Ziraat Bank Azərbaycan" ASC gəlir – bu bankda da depozit portfelində 17% (93.5 milyon manat) azalma qeydə alınıb.
"PAŞA Bank" ASC-nin depozit portfeli 89,3 milyon manat azalıb ki, bu da nisbi dinamikada 1 % təşkil edib. "Azər Türk Bank" ASC-də isə azalma 5% və ya 77,7 milyon manat təşkil edib.
"Yelo Bank" ASC 2%-lik (15,3 milyon manat), "Bank Avrasiya" ASC isə 9%-lik (5,6 milyon manat) azalma ilə siyahını davam etdirir. "AFB Bank" ASC-də 2% (2,2 milyon manat), "Bank Melli İran"ın Bakı filialında isə 1% (300 min manat) geriləmə müşahidə olunub.
Qeyd edək ki, rüb ərzində depozit portfeli üzrə ən çox dinamika müşahidə edilən bank "Azərbaycan Beynəlxalq Bankı" ASC olub. Belə ki, bankın depozit portfelinin həcmi mütləq dinamikada 121,9 milyon manat artıb.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma