Sosial
Azərbaycanda pensiyalar nə vaxt artırılacaq? - İlkin tarix

Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də, inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir.
Publika.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında bununla bağlı yaxın zamanlarda əlavə qərarların olmasının mümkün olmadığını bildirib:
“Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun. Amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablama qaydası, həcmi suallar yaradır. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçılmazdır”.
İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradlar var:
“Uzun müddətdir müzakirələr getsə də, nəticə yoxdur. Bu istiqamətdə əlavə qanunvericilik təşəbbüsləri olmalıdır”.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma