"Trendyol" 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
Bizi izləyin

Sosial

"Trendyol" 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv edib.

Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan yararlana bilirlər. Bundan əlavə, ‘’Trendyol’’dan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş etmir.

50 manatdan aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur: “Gəl al’’nöqtəsi üçün 3,99 manat, evə çatdırılma üçün isə 6,99 manat sabit ödəniş edilir”.

Trendyol öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var.

Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm