Sosial
Laçından möhtəşəm görüntülər - VİDEO

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntüləri təqdim edilib.
Publika.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
"Laçında həyat yenidən başlayır. Doğma yurda qayıdan ailələrin sevinci, həyatın ritmini bərpa edən kəndlər və yenidən dirçələn Laçın şəhəri. Laçında öz ata-babalarının qədim ənənələrini dirçəltmək üçün yeni bir nəsil formalaşır. Onlar doğma diyara sahib çıxaraq, bu torpaqları özlərinə əbədi yurd seçiblər. Abadlaşan Laçında körpələrin addımları, uşaqların gülüş səsləri, onların sevinci şəhərin ahəngini gözəlləşdirir. Dövlət başçısının tapşırığı ilə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur qurulur. Doğma yurda Böyük Qayıdış mərhələli şəkildə davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini şərhsiz təqdim edirik", - məlumatda deyilir.

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi