Sosial
FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas olunması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş binada əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.
Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

.jpg)

.jpg)

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi