Sosial
Pensiya, müavinət, təqaüd və sosial yardım alanlara şad xəbər

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Belə ki, bu dövrdə fond xərcləri 2 milyard 501 milyon manat olub.
Publika.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
"Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu isə həmçinin 2025-ci ildə yeni sosial paketin icrasına başlanılması ilə bağlıdır. 2025-ci ilin ilk 4 ayında fond tərəfindən 17500-dən çox şəxsə pensiya təyin edilib. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarıdır.
Bu baxımdan, növbəti aylarda sosial paketin daha da dərinləşməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətlət pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.
Digər tərəfdən, qeyd olunan müddətdə fondun gəlirlərində də artım qeydə alınıb. Belə ki, fondun gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 mln. manat) çox olmaqla 2 milyard 715 milyon manat olub", - iqtisadçı əlavə edib.

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı