Sosial
Azərbaycan təbii qazı xarici ölkələrə neçəyə satır?

2025-ci ilin yanvar-aprel aylarıında Azərbaycandan 3 milyard 65,5 milyon dollar həcmində 8 milyard 160 milyon kub metr təbii qaz ixrac edilib.
Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 306,8 milyon dollar və ya 11,1%, miqdar ifadəsilə isə 453,1 milyon kub metr, başqa sözlə 5,9% artıb.
Qeyd edək ki, 2024-cü ilin 4 ayı ərzində Azərbaycandan 2 milyard 758,8 milyon dollar dəyərində 7 milyard 6,9 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk 4 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 64 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 61 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 4,9% artım deməkdir.
Bu ilin ilk ayında ümumi ixracın 34,90%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 33,77% olub.

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi