Sosial
İşğaldan azad edilmiş ərazilərə mediatur təşkil olundu - FOTO

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları davam edir.
Mina təhlükəsi ilə mübarizə və bu sahədə ictimai məlumatlandırmanın artırılması məqsədilə işğaldan azad olunmuş ərazilərə mediatur təşkil olunub.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təşkil edilən növbəti mediatur Ağdam rayonunda baş tutub.
Media nümayəndələri FHN tərəfindən Mollalar, Kürdlər və Əlimədətli kəndlərində, ANAMA tərəfindən isə Sarıcalı kəndi ərazisində aparılan minatəmizləmə əməliyyatları ilə yerində tanış olublar.
Əməliyyatlar zamanı əllə minatəmizləmə üsullarından, minaaxtaran itlərdən və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınlarından istifadə olunur. Minatəmizləmə prosesində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də iştirak edir.
Ərazilərin təmizlənməsi kənd və qəsəbələrlə yanaşı, içməli su hövzələrinin ətrafı, su kanalları və mühüm infrastruktur istiqamətləri üzrə həyata keçirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əməliyyatlara cəlb olunan şəxsi heyət müasir texnika və avadanlıqlarla təmin olunub, əməkdaşlar beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Məlumata görə, Ağdam rayonu ərazisində bu günə qədər 37 154 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə 31 500 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minatəmizləmə işləri Ağdam rayonu ərazisində Bərdə-Ağdam dəmir yolu, Bərdə-Ağdam, Füzuli-Ağdam, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları, Ağdam Sənaye Parkı, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yataqları, qaz kəməri xətləri və digər mühüm infrastruktur layihələrini əhatə edir.
Hazırda ərazilərin təhlükəsizliyinin təmin olunması və Böyük Qayıdışın sürətləndirilməsi istiqamətində minatəmizləmə fəaliyyəti intensiv şəkildə davam etdirilir.













-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO