Sosial
Azərbaycanda bu şəxslər iki yerdən pensiya ala biləcək
.jpg?v1752327224)
Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.
Publika.az xəbər verir ki, dəyişikliyi şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin:
“Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.
Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.
Özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır. Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Digər tərəfdən, xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürlməsi də mümkün olur. Bu kontekstdən belə fondlar, həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir.
Bütün bununlar ilə yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var. Bu isə praktikada daha təkmil mexanizmin hazırlanıb, təqdim edilməsini aktuallaşdırır”.

-
Dünya16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO
-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?