Sosial
Suraxanıda növbəti səyyar görüş keçirildi - FOTO

İyunun 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Əmircan qəsəbəsi, 97 saylı tam orta məktəbdə keçirilib.
Publika.az xəbər verir ki, görüşdə RİH başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, dövlətin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülüb.

-
Magazin206:16
Məşhur aktyor aparıcı sevgilisi ilə nişanlandı - FOTO
-
Magazin103:13
Bu da "Göyçək Fatimə"nin sökdürüb yenidən tikdirdiyi dəbdəbəli BAĞ EVİ - VİDEO
-
Hadisə01:11
Ayın 8-i KABUSU - Ailənin 5-ci üzvü də öldü
-
Art00:30
Aşıq Əhlimanla bağlı ÜZÜCÜ XƏBƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Potensial kritik anlar var
-
Hadisə8 İyul 23:48
Faciəvi şəkildə həlak olan Nuranə ilə bağlı daha bir açıqlama - 10 il əvvəl... / VİDEO
-
ABŞ8 İyul 22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop8 İyul 21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək