Səfərbərlik Xidmətinin idarə rəisi və iki zabitin məhkəməsi başlayır
Bizi izləyin

Sosial

Səfərbərlik Xidmətinin idarə rəisi və iki zabitin məhkəməsi başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin iki zabitlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, cinayət işi üzrə olan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fikrət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov, zabiti Emil Nəbiyev məsuliyyətə cəlb olunublar.

Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Xatırladaq ki, Ramin Şükürov həbsdə, digər iki zabit isə ev dustaqlığındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm