Sosial
Nazir müəllimlərin iş saatı haqda: Bundan artıq olmaz

Məktəb müəllimi həftədə 36 saatdan çox işləməməlidir.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov deyib.
"Ümumiyyətlə, Əmək Məcəlləsinə görə, bizdə dərs yükü həftədə 36 saatdan çox deyil. Amma vaxtın bir hissəsi dəftərlərin yoxlanılmasına, məktəblilərlə işləməyə, dərsə hazırlığa, fərdi işə sərf olunur", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, orta iş yükü 1,4 stavkadan çox olmamalıdır.
Kravtsov vurğulayıb ki, Rusiya Təhsil Nazirliyi yeni tədris ilinin əvvəlindən bütün məktəb fənlərinin tədrisi üçün vahid standartlar tətbiq edir. Onun sözlərinə görə, hər bir sinif hansı mövzuların öyrənildiyini, onlara nə qədər vaxt ayrıldığını, müəllimlərin hansı proqramlardan istifadə etdiyini dəqiq müəyyənləşdirəcək.
Bundan əvvəl Kravtsov qeyd edib ki, son 5 ildə uğursuz məktəblilərin sayı 25%-dən 15%-ə düşüb.
Adəm

-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?
-
Art14:00
Telman Adığözəlovun oğlu: Atamın uşaqlıqda qolunda yara olub, həkim deyib ki...