Sosial
Qaraçanta məktəbinin şagirdləri 37 ildən sonra bir arada - FOTO

Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalına daxil olan Amasiya rayonunun Qaraçanta (keçmiş Əzizbəyov) kəndinin məktəbliləri 37 ildən sonra yenidən bir araya gəliblər.
Publika.az xəbər verir ki, 1979-cu ildə Qaraçanta kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuş şagirdlər yaddaşlardan silinməyən xatirələri bölüşüb.
İbtidai sinif müəllimləri – Yunis Aydınov, Rüstəm Aydınov, Yasəf Nəsibov, eləcə də Bəşir Məmmədov, Kərim Əsgərov, Məsim Bayramov, Şahbəndər Əliyev, Sədi Abdullayev, Sabir Əliyev, Rövşən Xıdırov, Ənvərpaşa Nəbiyev, Səttar Hacıyev, Qorxmaz Aslanov, Elman Hacıyev, Şahsənəm Bayramova, Vaqif Rəcəbov, Əsgər Bayramov və Hüsnay Mövlayevanı sevgi və ehtiramla xatırlayıblar. Onlar həmçinin doğma kəndlərini, sinif otaqlarını və məktəb həyatını böyük həsrətlə yada salıblar.
1988-ci ildə baş verən hadisələr nəticəsində öz dədə-baba yurdlarından qaçqın düşən Qaraçanta sakinlərinə dogma məktəblərini başa vurmaq nəsib olmayıb və 10-cu sinifdən sonra təhsillərini müxtəlif bölgələrdə yerləşdikləri məktəblərdə davam etdiriblər.
Üzərindən keçən 37 il sonra, birinci sinfə birlikdə başlayan sinif yoldaşlarının yenidən görüşü hər kəs üçün sevinc və həsrətlə dolu anlarla yadda qalıb.

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı