Sosial
İcra Hakimiyyəti bu ada “yox” demişdi, məhkəmə icazə verdi

Naxçıvanda valideynlər oğullarına “Eray” adını vermək istəyiblər, lakin İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası bu müraciəti rədd edib.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, uşaq 2020-ci ildə doğulub və sənədlərdə adı Elmirdir.
Valideynlərin sözlərinə görə, oğulları doğulduğu gündən evdə hamı ona “Eray” deyə müraciət edir və uşaq da bu ada adət edib.
İcra Hakimiyyəti isə adın dəyişdirilməsi üçün əsas olmadığını bildirib və Elmir adının uşağın mənafeyinə zidd olmadığını əsas gətirib. Qeyd edilib ki, Eray adı Elmir adı ilə müqayisədə əhəmiyyətli fərqlilik təşkil etmir.
Valideynlər bu qərardan məhkəməyə şikayət veriblər. Məhkəmə isə onların arqumentlərini əsaslı sayıb və qeyd edib ki, uşağın adı onun fərdiyyətini və sosiallaşmasını ifadə edir, valideynlərin birgə razılığı olduqda adın dəyişdirilməsi mümkündür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirib ki, Eray şəxs adı dilimizdəki “ər” kökündən yaranıb. Həmin kökün “er” variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması “Əray” şəklindədir.
Ədliyyə Naziriliyi isə son beş ildə ölkədə 48 uşağa “Eray” adı verildiyini bildirib. Dil normaları baxımından da bu adın istifadəsində problem yoxdur.
Nəticədə məhkəmə Komissiyanın imtina qərarını ləğv edib və uşağın adının Elmirdən Eraya dəyişdirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı