Bakıda Gənclərin Süni İntellekt Forumu keçirildi - Fotolar
Bizi izləyin

Sosial

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirildi - Fotolar

İyunun 20-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu təşkil olunub.

Publika.az xəbər verir ki, tədbirin əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq, karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına kömək göstərməkdir.

Açılış mərasimində Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən, bu sahədə dövlətimizin gənclər üçün yaratdığı imkanlardan söz açıblar.

200-dən çox gəncin iştirak etdiyi Forumda “Süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsinə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli moderatorluq edib.

Panelin spikerləri sırasında Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə, Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə və “Süni İntellekt HUB”ın həmtəsisçisi Ləman Əliyeva yer alıb. Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının gənclər üçün təqdim etdiyi imkanlardan, bu sahədəki mövcud çağırışlardan və əmək bazarına təsirlərindən bəhs ediblər.

Tədbirin sonunda iştirakçılarla sual-cavab sessiyası təşkil olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən sayca ikinci dəfə keçirilən Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmalarına, eyni zamanda, bu sahədə əlaqələr quraraq şəbəkələşməsinə şərait yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm