Sosial
Mingəçevirdə stadion işçiləri maaş həsrətində - “Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Mingəçevir şəhərinin mərkəzində yerləşən, şəhid Yaşar Məmmədzadənin adını daşıyan stadionda həyat əvvəlki kimi sakit deyil. Futbol səslərinin, məşq qışqırıqlarının əks-səda verdiyi bu meydanda indi yalnız bir sual dolaşır: “Maaşımız nə vaxt veriləcək?”
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-ın yerli bürosuna danışan stadionun gözətçi-bağbanı Qüdrət Məmmədov bildirib ki, artıq üç aydır onlar əməkhaqqı ala bilmirlər: "Hər dəfə müdirə deyirik, deyir hələ ki, pul yoxdur, yuxarıdan vəsait köçürülməyib. Mənim 363 manat maaşım var, amma bu üç ayda bir qəpik də görməmişəm. Şikayət edirik, deyirlər ki, məşq yoxdur, yarış yoxdur. Bəs mən soruşuram, aprel-mayda yarış da olub, məşqlər də keçirilib. Niyə yəni pul yoxdur?
Narazı olan təkcə Qüdrət Məmmədov deyil. Stadionda çalışan digər əməkdaşlar - fəhlələr, təmizləyicilər və bağbanlar da eyni vəziyyətdədir. Ümumilikdə 9 nəfərdirlər. Onların dediyinə görə, əməkhaqqı ödənilmədiyi üçün artıq işə gedib-gəlmək belə çətinləşib.
Bağban Ruhin Əliyev də narazılığını gizlətmir:
"2-ci aydı, 3-cü aya keçir ki, mən maaş ala bilmirəm. Demişdilər ki, 1-2 gün gecikə bilər, amma bu qədər gecikmə olacağını deməmişdilər. 362 manat maaş alıram. İndi soruşuruq, gah deyirlər sponsor verməyib, gah başqa bəhanə. Biz də çaş-baş qalmışıq. Ailə dolanır, kirayə var, market var, necə yaşayaq?".
Əməkhaqlarının niyə gecikdiyini öyrənmək üçün stadionun direktoru Akif Hüseynova da mürciət etdik.
Onun sözlərinə görə, vəziyyət müvəqqətidir və tezliklə həllini tapacaq: "Stadion təsərrüfat hesablıdır, yəni, büdcədən maliyyələşmir. Əvvəllər maaşlar vaxtında ödənilirdi. İndi sadəcə, bir az çətinlik var. Yay aylarıdır, oyun keçirilməyib, tədbir olmayıb, bu da gəlir gətirməyib. Amma yaxın günlərdə müəyyən vəsait köçməlidir, biz də həmin pulla əmək haqlarının bir qismini ödəməyi nəzərdə tutmuşuq".
Bu kiçik stadionun böyük problemi artıq sosial narazılığa çevrilmək üzrədir. İşçilər isə hələ də gözləyir: bəlkə sabah, bəlkə birisi gün…
Hələlik isə gözətçi gecəni stadionda keçirir, bağban otları biçir, təmizləyici isə tribunaları süpürür. Amma içlərində bir ümidsizlik də böyüyür.
Onlar, sadəcə, alın təri ilə qazandıqları maaşlarını istəyirlər.







-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi