Sosial
Xankəndidə ilk Şəhər Günü konsert proqramı və atəşfəşanlıqla başa çatdı - FOTO
Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən Şəhər Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub.
Publika.az xəbər verir ki, bayram konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Telman Hacıyevin "Vətən süitası" ilə başlanıb.
Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun "Azərbaycan", Əməkdar artist Almaz Orucova "Nə olaydı, yarım olaydı" Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin "Azərbaycana gəlsin", Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun "Vətən", İlhamə Qasımova Elza İbrahimovanın "Ey Vətən", Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun "Cənnətim Qarabağ", Fehruz Səxavət Əlibaba Məmmədovun "Xudayar təsnifi" ("Vətən yaxşıdı"), Gülüstan Əliyeva Ə.Məmmədovun "Sənə inanıram" və Əvəz Muradovun "Mənim eşqim Azərbaycandır", Səbuhi İbayev "Qarabağ şikəstəsi"ni ifa ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında həmçinin Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi və "Ay Ləli" xalq mahnısı da təqdim olunub. Konsert proqramı Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" (söz: N.Xəzri) mahnısı ilə başa çatıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ilə yanaşı, yüzlərlə şəhər sakini və Qarabağ Universiteti tələbələrinin izlədiyi bayram konserti alqışlarla qarşılanıb.
Konsertdən sonra Xankəndinin mərkəzi meydanında möhtəşəm atəşfəşanlıq olub.
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı




















_(1).jpg)















.jpg)
.jpg)
